Dünya

Ərdoğan: "Mühasirə xəbəri uydurulub"

2 Oktyabr 2014 11:29
0 Şərh     Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türbəyə bir şey olacağı təqdirdə atacağımız addımlar da bəllidir"

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada osmanlıların babası Süleyman şahın məqbərəsinin mühasirədə olması barədə iddialara cavab verdi.

Anspress-in yerli mətbuata istinadən məlumatına görə, Ərdoğan bu iddiaların uydurulduğunu deyib.

"Süleyman şah türbəsinin mühasirədə olması barədə iddialar uydurulub. Türbəyə bir şey olacağı təqdirdə atacağımız addımlar da bəllidir. Təzkərəni (parlamentin sərhəddən kənar hərbi müdaxilə üçün verəcəyi qərar) dəstəkləyirəm. Türkiyə təhdid altındadır".

Qeyd edək ki, baş nazirin müavini Bülent Arınc daha əvvəl İŞİD terrorçularının Süleyman şah türbəsinə yaxınlaşmaları barədə iddiaları təsdiq etmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.