Dünya

Rusiyanın incikliyi şagirdlərin başında “partladı”

2 Oktyabr 2014 10:25
0 Şərh     Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ABŞ-la şagird mübadiləsi proqramını dondurub

Rusiya ABŞ-ın Future Leaders Exchange şagird mübadiləsi proqramında iştirakını iki il müddətinə dayandırıb.

Anspress-in məlumatına görə, ABŞ səfiri Con Teft Moskvada Rusiya tərəfinin qərarını şərh edərkən qərara görə təəssüfləndiyini bildirib:

"Biz Rusiya hakimiyyətinin 21 il ərzində xalqlarımız arasında dərin və möhkəm münasibətlər yaradan proqramı bağlamaq qərarına görə təəssüf edirik".

Onun sözlərinə görə, FLEX sayəsində Rusiyanın 8 min yuxarı sinif şagirdi ABŞ-ı ziyarət edib, amerikalı ailələrdə yaşayıb, məktəbdə oxuyub:

"Proqram sayəsində ABŞ-ın 50 ştatından milyonlarla amerikalı Rusiyada olan bir çox şeylə tanış olurdu".

Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Moldova, Tacikistan, Türkmənistan, Ermənistan və Azərbaycandan olan şagirdlərin həmçinin iştirak etdiyi proqram tibbi sığorta və gediş də daxil olmaqla tamamilə ABŞ tərəfindən ödənilir.

"Kommersant" qəzetinin Rusiyanın Təhsil və Elm Nazirliyində olan mənbəsi deyib ki, Rusiya tərəfi proqramda iştirak etməyi şagirdlərdən birinin ABŞ-dan dönməməsi və hakimiyyətin onun üzərində himayəni rəsmiləşdirdiyi məsələnin "bütün hallarını aydınlaşdırana qədər" dayandırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.