Dünya

Obama Netanyahuya irad bildirdi

2 Oktyabr 2014 12:19
0 Şərh     Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağ Evdə baş tutan görüşdə tərəflər İsrail-Fələstin münaqişəsinə dair müzakirələr aparıblar

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Ağ Evdə baş tutan görüşdə tərəflər İsrail-Fələstin münaqişəsinə dair müzakirələr aparıblar. Obama Netanyahuya bildirib ki, iki ölkə arasındakı status-kvo dəyişməlidir. Obama, həmçinin, Fələstinə edilən hücumlar barədə Netanyahuya iradını bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, İsrail təkcə öz vətəndaşlarının təhlükəsizliyini təmin etməklə qalmamalı, eyni zamanda, fələstinli uşaqların öldürülməsinə də yol verməməlidir.

"İsrail vətəndaşlarının evlərində, uşaqların isə, məktəbdə özlərini təhlükəsiz hiss etmələri üçün status-kvonun dəyişdirilməsinə çalışmalıyıq. Həmçinin, fələstinli uşaqların da öldürülməsi faciəsi ilə üzləşmək istəmirik".

Netanyahu isə öz növbəsində çıxışı zamanı İranın nüvə proqramı məsələsinə toxunub. Nazir qeyd edib ki, rəsmi Tehranın nüvə proqramına dair niyyətində əl çəkməməsi, və bununla belə, ona qarşı tədbiq olunan ağır sanksiyaların azaldılmasını tələb etməsi qəbuledilməzdir. Netanyahu Obamanın belə bir güzəştə getməyəcəyinə ümid etdiyini də vurğulayıb.

Tərəflər arasında görüş İsrailin Fələstinin Qəzza zolağında Həmas qruplaşması üzvlərinə qarşı apardığı hərbi əməliyyatlardan sonra ilk olub.

50 günlük müharibədə 2100-dən çox fələstinli, 73 israilli ölmüşdü.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.