Dünya

Etirazlar rəsmi Pekini tədbir görməyə vadar etdi

2 Oktyabr 2014 11:44
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkənin xarici işlər naziri Van İ etirazları dəstəkləyən Amerika Birləşmiş Ştatlarına səfər edib

Çinin yarımmuxtar regionu Honkonqda hökumətə qarşı baş qaldıran etirazlar rəsmi Pekini vəziyyətlə əlaqədar tədbirlər görməyə vadar edib. Ölkənin xarici işlər naziri Van İ etirazları dəstəkləyən Amerika Birləşmiş Ştatlarına səfər edib. Nazir paytaxt Vaşqintonda ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Con Kerri mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, Honkonq rəhbərliyi demokratik islahatlar tələb edən etirazçılara güc tətbiq etməkdən çəkinməlidir.

Əksəriyyəti tələbələrdən təşkil olunan aksiya arıtq 6 gündür ki, davam edir. Fəallar Honkonq rəhbərinin Çin hökumətinin müdaxiləsi olmadan yerli əhali tərəfindən seçilməsini tələb edirlər.

Çinli xarici işlər naziri Honkonqda keçirilən etirazları qanunsuz adlandırıb.

"Honkonqun problemləri, eyni zamanda, Çinin problemləridir. Bütün ölkələr Çinin suverenliyinə hörmətlər yanaşmalıdırlar", - deyə Van İ qeyd edib.

Etirazçıların nümayişləri isə ötən gün davam edib. 10 minlərlə fəal Honkonq rəhbəri Lyan Çjeninin istefasını tələb ediblər.

Honkonqda keçirilən etiraz aksiyalarına Böyük Britaniyada yaşayan honkonqlulardan da dəstək gəlib. Paytaxt Londonda Çin səfirliyi qarşısında baş tutan aksiyaya 3 mindən çox fəal qatılıb. Fəallar "onlar tək deyillər" şüarları ilə Çin hökumətinə ismarış göndərməyə çalışıblar. Fəallar etiraz aksiyalarının rəmzinə çevrilən çətirlərlə aksiyaya qatılıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.