Dünya

Prezident İŞİD-lə mübarizə üçün parlamentə müraciət etdi

2 Oktyabr 2014 12:28
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərdoğan bildirib ki, regionda terrorizmə qarşı mübarizə ölkənin milli təhlükəsizlik məsələsidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk Silahlı Qüvvləri"nin (TSK) İŞİD-ə qarşı mübarizəyə qoşulması üçün Böyük Millət Məclisinə müraciət edib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Ərdoğan bildirib ki, regionda terrorizmə qarşı mübarizə ölkənin milli təhlükəsizlik məsələsidir.

Dövlət başçısı türk ordusuna 1 il müddətində mandat verilməsini tələb edib.

"Mən bu təzkərəni (hərbi qanun) dəstəkləyirəm. BMT-nin Baş Assambleyasında da bu sözləri demişdim. Bir NATO ölkəsi olmaqla yanaşı, təhdid altında olan bir ölkəyik. Bölgədəki terror təşkilatlarının törətdikləri göz qabağındadır. Bunlara qarşı bir mövqe sərgiləməliyik. Parlamentin hökumətin bu düşüncələrini nəzərə alaraq qərar qəbul etməsini istəyirəm", - deyə Ərdoğan qeyd edib.

Ərdoğan, eyni zamanda, Suriyada hazırkı hakimiyyətdən də məmnun olmadığını, rəsmi Dəməşq İŞİD-ə qarşı mübarizəyə hazır olsa da, Ankaranın onunla əməkdaşlıq etməyəcəyini və bu rejimin dəyişdirilməsinə çalışacağını əlavə edib.

Qanun layihəsi qəbul olunacağı təqdirdə, Türkiyə Silahlı Qüvvələrinin Suriya sərhədlərinə hərbi müdaxiləsi gözlənilir. Lakin burada əsas hədəf İŞİD terrorçu qruplaşmasıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.