Dünya

Katalonlar müstəqillik istəyirlər - FOTO

2 Oktyabr 2014 12:43
0 Şərh     Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Konstitusiya Məhkəməsinin qərarı Kataloniyada böyük narazılıqla qarşılanıb.

Kataloniyanın müstəqilliyi ilə bağlı referendumun keçirilməsini Konstitusiya Məhkəməsi yasaqlayıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kataloniyanın paytaxtı Barselonada yerli hökumətin binasının qarşısında minlərlə katalonun qatıldığı etiraz aksiyası keçirilib.
 

İspaniyanın şimal-şərqindəki digər şəhərlərdə də bələdiyyə binalarının qarşısında etiraz aksiyaları olub. Kataloniyadakı bələdiyyələrin 94 faizi referendumun keçirilməsinə hazırlıq proqramını dəstəkləmişdilər.
 

Aprel ayında Kataloniya muxtar vilayətinin rəhbərliyi müstəqillik referendumunun keçirilməsi ilə bağlı Madriddən icazə almağa çalışmışdı. İspaniya parlamentindəki deputatların əksəriyyəti qərarı dəstəkləyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.