Dünya

Qazaxıstanda Yuxarı Palataya seçkilər keçirilir

1 Oktyabr 2014 11:10
Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çərşənbə günü Qazaxıstanda ölkə parlamentinin Senatına (Yuxarı Palata) deputatların seçkisi keçirilir

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilərdə iştirak üçün 53 namizəd qeydiyyatdan keçib. Lakin namizədlərin siyahısına 39 nəfərin soyadı daxil edilib, çünki onlardan 14 nəfəri öz namizədliyini geri götürüb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bir qədər əvvəl Qazaxıstan MSK-dan bildiriblər ki, seçkilərə hazırlığın və gedişinin monitorinqini xarici ölkələrdən və beynəlxalq təşkilatlardan 166 beynəlxalq müşahidəçi, eləcə də xarici KİV-in 110 nümayəndəsi iştirak edir.

Qazaxıstanda MDB-dən olan missiyanın tərkibində MDB-dəki 3 beynəlxalq qurum və 8 ölkədən 114 müşahidəçi, eləcə də MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası və Belarus və Rusiya İttifaqının Parlament Yığıncağından müşahidəçilər qrupu iştirak edir.

Azərbaycanın millət vəkilləri Rüfət Quliyev və İqbal Məmmədov da MDB PA-nın xətti ilə müşahidəçi qismində parlament seçkilərinin gedişini izləyirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.