Dünya

Katalonlar müstəqillik yürüşlərinə başladılar

1 Oktyabr 2014 10:09
0 Şərh     Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barselona şəhərində baş tutan aksiyaya 10 minlərlə insan qatılıb

İspaniyanın Kataloniya muxtar regionunda müstəqillik tərəfdarları hökumətə qarşı yürüşlərə başlayıblar. Barselona şəhərində baş tutan aksiyaya 10 minlərlə insan qatılıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bir qədər əvvəl İspaniyanın konstitusiya məhkəməsi regionda müstəqillik üçün referendum keçirilməsini nəzərdə tutan qanun layihəsinin fəaliyyətini dayandırmışdı. Genişmiqyaslı etirazların baş qaldırmasına da məhz bu səbəb olub.

Aksiya zamanı etirazçılar mərkəzi hökumətə qarşı itaətsizlik çağırışı ediblər və 9 noyabrda referenduma gedəcəklərini bildiriblər. Fəallar qeyd ediblər ki, rəsmi Madrid onların referendum tələblərinə müsbət cavab verməsə də, səsvermə baş tutacaq. "Bizim üçün səsverməyə doğru gerisayım dayanmayıb", - deyə fəallardan biri əlavə edib.

Oxşar hadisələr, regionun şimal-şərq şəhərlərində də baş tutub.

Məhkəmə Kataloniya rəhbərliyinin tələblərinin ölkə konstitusiyasına uyğun olub-olmadığını araşdırmaq üçün 5 ay müddətində qanunun fəaliyyətini dayandırıb.

Ölkənin baş naziri Mariano Raxoy referenduma qarşı çıxaraq onun ölkə konstitusiyasına zidd olduğunu deyib.

Kataloniya hökumətinin rəhbəri Artur Mas hökumətin bu hərəkətini katalonlara qarşı düşmən münasibəti kimi dəyərləndirib.

Yeni qanun layihəsi ilə Kataloniya parlamenti noyabrın 9-da region əhalisini müstəqilliyə "bəli" və ya "xeyr" deməyə dəvət edirdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.