Dünya

Amerikada məktəbə silahlı hücum: yaralı var

1 Oktyabr 2014 10:20
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da bu, gün ərzində baş verən ikinci belə hadisədir

ABŞ-ın Kentukki ştatında məktəblərdən birində silahlı insident yaşanıb.

Anspress-in məlumatına görə, Luisvilya şəhərciyində yerləşən məktəblərdən birinə silahlı şəxs girərək şagirdlərə atəş açmağa başlayıb.

Hadisə bir neçə saat bundan əvvəl baş verib.

ABŞ mətbuatının yazıdığına görə, şagirdlərdən biri ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Silahlı şəxs hadisə yerindən qaçmağa cəhd etsə də polis onu tuta bilib. Silahlı şəxsin kim olduğu barədə hələlik heç bir açıqlama verilmir.

Qeyd edək ki, ABŞ-da bu, gün ərzində baş verən ikinci belə hadisədir. Dünən günorta saatlarında da Şimali Karolina ştatında silahlı şəxs məktəbə girərək şagirdlərə atəş açmışdı. Polis həmin şəxsi də saxlamışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.