Dünya

Kabayevaya yeni vəzifə

1 Oktyabr 2014 09:36
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın nəhəngi "Milli Media Qrup"un (MMQ) direktorlar şurası çərşənbə axşamı keçirdiyi səsvermə ilə yeni sədr seçib.

Anspress-in məlumatına görə, yeni sədr Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia olunan, keçmiş deputat, Olimpiya çempionu və nəhayət gözəlçə Alina Kabayevadır.

Qeyd edək ki, MMQ Peterburqun "Beşinci kanal"ı, REN-TV, İzvestiya qəzeti, "Rusiya xəbərlər xidməti" radiostansiyasının və "Birinci kanal"ın səhmlərinə sahibdir.

1983-cü il təvəllüdlü Alina Maratovna Kabayeva Daşkənddə doğulub və böyüyüb. O bədii gimnastika üzrə Olimpiya çempionu, onlarla dünya və Avropa çempionatlarının qızıl medalına sahibidir. 5-ci və 6-cı çağırış Rusiya Dumasının deputatı seçilən Alina iqtidar partiyasının üzvüdür. Əməkdar idman ustası və bir çox mükafat laureatıdır.

Kabayevanın RF prezidenti Putinlə evlənmə xəbəri isə 2008-ci ildə Rusiya və qərb mətbuatında gedən məqalələrdə iddia olunur. Kabayeva bu günə kimi xəbəri təsdiqləməyib və şəxsi həyatı barədə danışmaqdan da imtina edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.