Dünya

Türkiyədə İŞİD-ə etiraz aksiyaları keçirilir

1 Oktyabr 2014 11:31
0 Şərh     Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyənin bu məsələyə dair mövqeyi hələ lap əvvəldən bəllidir"

Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərində İŞİD terrorçu qruplaşmasına qarşı mübarizə davam edir. Ötən gün Türkiyə sərhədçiləri terrorçularla Peşmərgə - kürd qüvvələri arasında qızğın döyüşlər getdiyini müşahidə ediblər.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, sərhəd bölgələrdə yaşanan gərginlik fonunda ara-sıra Türkiyə əraziləri də hücumlara məruz qalır. Rəsmi Ankara hələlik bu vəziyyət qarşısında tolerantlıq göstərir.

Türkiyənin kürd vətəndaşları isə, qonşu ölkədəki soydaşlarının terrora məruz qalmasına qarşı çıxır. Ötən gün Mardin, Şanlıurfa və Diyabəkir vilayətlərində növbəti belə aksiyalar olub. Həmçinin, İstanbul şəhəri də aksiyalara qoşulub. Təhlükəsizlik qüvvələrinin aksiyaya müdaxiləsi sonda qarşıdurmalarla nəticələnib. Fəallar polisə daş və yanıcı maddələr atıblar. Polis su şırnaqları və gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb.

Türkiyənin baş naziri Əhməd Davudoğlu xüsusi müsahibəsində regionda baş verən hadisələri şərh edib. Davudoğlu bildirib ki, Türkiyəni İŞİD-i dəstəkləməkdə ittiham edən qüvvələr bundan öz çirkin məqsədləri üçün yararlanmağa çalışırlar.

"Uzun bir müddətdir ki, müxtəlif dairələr haqsız və əsassız şəkildə Türkiyənin İŞİD-lə əlaqədar olduğunu iddia edirlər. Türkiyənin bu məsələyə dair mövqeyi hələ lap əvvəldən bəllidir. İŞİD-i terror təşkilatı elan etmiş bir hökumətə belə bir böhtan atırlar. Vətəndaşlardan ricam odur ki, bu cür mücərrəd mühakimlərə inanmasınlar və hökumətə etibar etsinlər", - deyə nazir qeyd edib.

Nazir, həmçinin, əlavə edib ki, Türkiyənin anti-İŞİD koalisiyasına qoşulması üçün 3 şərt vacibdir. Davudoğlu hər şeydən əvvəl türk millətinin təhlükəsizliyi, ikinci olaraq Suriyadan gələcək insanların təhlükəsizliyi və bölgədə daimi stabillik təmin olunacağı təqdirdə Türkiyənin də bu koalisiya qoşulacağını deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.