Dünya

İŞİD-in girov götürdüyü iddia edilən türk əsgərləri ilə bağlı yeni xəbər

30 Sentyabr 2014 12:41
0 Şərh     Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məsələ Türkiyə parlamentində də müzakirə edilib

Türkiyə əsgərlərinin İŞİD terrorçuları tərəfindən girov götürülmsi barədə səslənən iddialar qardaş ölkənin parlamentində də müzakirə edilib.

Anspress-in məlumatına görə, Cümhuriyyət Xalq Partiyasından millət vəkili seçilən Sezgin Tanrıkulu xarici mətbuatda yer alan iddialarla bağlı hökümətdən izahat istəyib:

"Ümid edirəm ki, bu müzakirə mövzusu deyil. Süleyman Şah Türbəsi (Suriya ərazisində yerləşən bu türbə Türkiyəyə məxsusdur -red. ) 25 əsgərlə qorunacaq bir yer deyil. Ümid edirəm, yeni bir girov böhranı olmaz".

Daha sonra müxalifətçi deputat İŞİD-in Türkiyə tərəfindən terror təşkilatı kimi tanınmanasına diqqət çəkərək qruplaşmanın ölkə ərazisindən logistika mərkəzi kimi faydalandığını bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.