Dünya

ABŞ ikili siyasət yürüdür

30 Sentyabr 2014 14:30
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya xarici işlər naziri rəsmi Vaşinqtonu ittiham edib

Suriya xarici işlər naziri Vəlid əl-Müəllim ABŞ-ı ölkəsindəki anti-hökumət fəalları ilə bağlı ikili siyasət yürütməkdə ittiham edib.

Anspress-in məlumatına görə, bu haqda NİX rəhbəri BMT Baş Assambleyasında çıxışında bildirib.

Valid əl-Müəllim bildirib ki, onun hökuməti İŞİD qrupuna qarşı mübarizədə beynəlxalq ictimaiyyətlə çiyin-çiyinə dayanır. Amma Vaşinqtonun bəzi anti-hökumət qruplarına mötədil qüvvə kimi baxmasını tənqid edən nazir bu növ siyasətin ekstremizmə zəmin yaratdığını deyib.

Suriyada vətəndaş müharibəsi dördüncü ilə daxil olarkən ABŞ burada radikal qruplara qarşı ikinci cəbhə açıb.

Suriyanın şimalında yerli kürd dəstələri Kobani qəsəbəsinin müdafiəsi uğrunda İŞİD terror qruplaşması ilə döyüşürlər.

Qızışan döyüşlər Suriyada çox sayda kürdlərin yurdlarını tərk etməsinə səbəb olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.