Dünya

Türkiyədə icra nümayəndəliyinin binasına bomba atıldı

30 Sentyabr 2014 09:35
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AKP nümayəndəliyi də eyni binada yerləşir

Diyarbəkir Sur rayonu icra nümayəndəliyi və AKP-nin rayon rəhbərliyinin yerləşdiyi bina hücuma məruz qalıb.

Anspress-in məlumatına görə, ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər rayon icra nümayəndəliyinin binasına kustar üsulla hazırlanmış bomba və molotov kokteyllərilə hücum təşkil ediblər. Bombalar binanın girişində, mühafizəçi otağı yaxınlığında partlayıb.

Partlayış nəticəsində, binanın şüşələri qırılıb. Hadisə yerinə çox sayda polis qrupları və zirehli texnikalar yönləndirilib.

Partlayış baş verən binadan 150 metr uzaqlıqda olan polislər həmin an onlara qarşı hücumun olduğunu düşünərək, silahlarını çıxarıb partlayış gələn istiqamətdə atəş açmağa başlayıblar.

Polis hadisə baş verən ərazidəki prospekti bağlayaraq araşdırma aparmağa başlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.