Dünya

Miras istəyən övladlarına atanın baş daşında biabırçı cavabı - FOTO

30 Sentyabr 2014 11:47
0 Şərh     Baxış: 1 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hiddətli ata "barmaq" işarəsi ilə yanaşı baş daşına mesaj da yazdırıb

Övladlarının vəfasızlığı səbəbindən onları mirasından məhrum edən ata qeyri-adi baş daşı ilə onlara mesaj verib.

Anspress-in verdiyi məlumata görə, maraqlı hadisə İspaniyanın Avila şəhərində baş verib.

Orta barmağı irəliyə uzadılmış əldən ibarət baş daşını görmək üçün hər gün yüzlərlə insan bu məzarlığı ziyarət edir. Qəbristanlığa gedənlərin çoxluğu səbəbindən Avila bələdiyyəsi ziyarətlərə məhdudiyyət qoyub.

Hiddətli ata "barmaq" işarəsi ilə yanaşı, baş daşına mesaj da yazdırıb:

"Kiminiz çiçəklər gətirərək, kiminiz də dualar edərək məni ziyarət edəcəksiniz. Amma səfəriniz burada başa çatacaq. Sizi yanıma gözləyirəm".

Qəribə baş daşının götürülməsini istəyənlər olsa da qəbristan rəhbərliyi bunun mərhumun vəsiyyəti olduğunu deyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.