Dünya

İŞİD-i vurdular, günahsız insanları öldürdülər - FOTO

30 Sentyabr 2014 10:41
0 Şərh     Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın rəhbərliyi ilə "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı yaradılmış koalisiya terrorçuların mövqeləri ilə yanaşı, infrastrukturunu da bombalamağa başlayıb.
 

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, dünən Suriyanın ən böyük qaz emalı zavodu olan "Coneco" bombalanıb.


Suriyanın qərb və şimal bölgələrində yerləşən taxıl anbarlarına da raket-bomba zərbələri endirilib.
 

Bombardmanlarda 19 dinc sakin həlak olub.
 

ABC hesab edir ki, ABŞ təyyarələri Hələb vilayətindəki Mənbic şəhəri yaxınlığındakı dəyirmanlar və taxıl anbarlarını İŞİD-in hərbi obyektləri sayıb.
 

Qaz emalı zavoduna gəldikdə isə, Suriya rejimi ilə İŞİD arasında zavoda toxunmamaqla bağlı anlaşma vardı.
 

İŞİD-in infrastrukturuna zərbələrin endirilməsi terrorçuları maliyyə mənbələrindən birindən məhrum etməkdir.

AP hesab edir ki, İŞİD "qara bazar"da neft və qaz satışından gündə 3 milyon dollara yaxın gəlir əldə edir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.