Dünya

İŞİD Bağdadı mühasirəyə alır - FOTO

30 Sentyabr 2014 10:23
1 Şərh     Baxış: 1 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının dəstələri artıq Bağdad həndəvərindədir. ABŞ-ın təşəbbüsü ilə yaradılan, amerikalıların rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava zərbələrinə rəğmən sələfi terrorçular İraqın paytaxtına doğru irəliləyirlər.
 

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, İŞİD-in 15 minə yaxın yaraqlısı Bağdanın qərb və cənub səmtlərinə toplaşıblar. Onlar şəhərə daxil olmağa çalışırlar.

Hazırda Bağdad həndəvərlərində İraq ordusu ilə İŞİD terrorçuları arasında gərgin döyüşlər gedir.
 

Al Jazeera bildirir ki, döyüşlərdə İraq ordusunun 1000-dən artıq hərbçisinin həlak olduğu deyilir.
 

Bağdaddan 60 km cənubdakı Cur əl Səhar şəhəri yaxınlığında İŞİD terrorçuları İraq ordusunun yüzlərlə hərbçisini əsir alıblar.
 

İraq paytaxtının yaxınlığında yerləşən və strateji əhəmiyyət daşıyaraq "şəhərin darvazası" sayılan Cəlavla bölgəsi də artıq İŞİD-in tam nəzarətindədir.
 

Beynəlxalq koalisiyanın təyyarələri İŞİD-in irəliləyişini dayandırmaq üçün Bağdaddan 46 km aralıdakı Əmeriyat əl Fəllucada terrorçuların mövqelərinə raket-bomba zərbələri endirib.
 

İŞİD-ə qarşı koalisiyada ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Bəhreyn, Misir, İsrail, Britaniya, Fransa, Avstraliya, Belçika, Danimarka, Kanada, Almaniya, Yunanıstan, Gürcüstan, Macarıstan, Rumıniya və Polşa var.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.