Dünya

Əfqanıstan ABŞ-la saziş imzalayacaq

30 Sentyabr 2014 10:20
0 Şərh     Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sənəd Amerika hərbi kontingentinə 2014-cü ildən sonra da Əfqanıstanda qalmaq imkanı verəcək

Əfqanıstanın yeni hökuməti bu gün Amerika Birləşmiş Ştatları ilə ikitərəfli təhlükəsizlik sazişi imzayacaq.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obamanın Baş müşaviri Con Podesta Kabildəki ABŞ səfirliyində keçirdiyi mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, Amerika hərbi kontingentinin 2014-cü il başa çatdıqdan sonra da Əfqanıstanda qalmasına imkan verəcək həmin sənədi Əfqanıstanın yeni prezidenti Əşrəf Qəni Əhmədzayın müşaviri imzalayacaq.

Əhmədzayın sələfi Həmid Kərzai bu razılaşmanı imzalamaqdan imtina etmişdi.

NATO hərbi kontingentinin böyük hissəsi bu ilin sonunadək Əfqanıstanı tərk edəcək, missiya başa çatdıqdan sonra ölkədə yalnız 9800 amerikalı hərbçi qalacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.