Dünya

Dünya şöhrətli idmançı həbs olundu

30 Sentyabr 2014 21:32
0 Şərh     Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üzgüçülük üzrə 18 qat Olimpiya çempionu, amerikalı Maykl Felps sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılıb.

İnsident ABŞ-ın Merilend ştatında yaşanıb.
 

Milli.Az USA Today-ə istinadən bildirir ki, idmançının nümayəndələri və hakimiyyət dairələrinin yetkililəri olayla bağlı heç nə demirlər. Ştat polisi az sonra olayla bağlı rəsmi bəyanatla çıxış edəcək.
 

29 yaşlı Maykl Felps dünya idmanı tarixində yeganə idmançıdır ki, 18 dəfə Olimpiya və 26 dəfə dünya çempionudur. O, Olimpiya Oyunlarında 22 medal qazanıb.
 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.