Dünya

Ermənistan parlamentinin binası yanında etiraz aksiyası keçirilir

29 Sentyabr 2014 14:46
Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Dövriyyədən vergi haqqında" qanunda düzəlişlərin qüvvəyə minməsi ilə əlaqədar etiraz edən Ermənistanın kiçik və orta biznesin nümayəndələri bazar ertəsi ölkə parlamentinin binası yanına toplaşaraq deputatlarla görüş tələb edirlər.

Bu barədə Trend "Armenia Today"ə istinadən xəbər yayıb.

Etiraz aksiyasının iştirakçıları deputatlara problemin kompromis həllini təklif etmək niyyətindədirlər. Belə ki, onların fikrincə, il ərzində köhnə və yeni qanun eyni vaxtda qüvvədə olmalıdır, sahibkarlar isə qanunun hansı versiyasına əməl etmələrini özləri müəyyən etməlidirlər. Aksiya iştirakçıları hesab edirlər ki, sahibkarlara yeni şərtlərə alışmağa imkan vermək lazımdır, əgər edilən düzəlişlər özünü doğruldarsa, hamı düzəlişlərə uyğun yeni qaydalara keçər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.