Dünya

"Apple" bir neçə milyard avro cərimələnə bilər

29 Sentyabr 2014 14:40
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Apple" korporasiyası 20 il ərzində İrlandiya hakimiyyətinin dəstəyi ilə şirkətin istifadə etdiyi şübhəli vergi sxemi səbəbindən Avropada bir neçə milyard avro cərimələnə bilər.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" məlumatlı mənbələrə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, bu həftə Avropa Komissiyası təhqiqatın ətraflı nəticələrini təqdim edəcək. İlkin məlumatlara görə, İrlandiyada iki faizdən aşağı dərəcə ilə vergi ödəyən "Apple" şirkəti (İrlandiyada 1980-ci ildən çalışır) "ölkənin vergi orqanları ilə qanunsuz saziş"dən istifadə edib. "Financial Times" xəbər verir ki, "Apple"-ə qarşı offşor zonalarda 137,7 milyard dollar vəsaitin gizlədilməsi ittihamı irəli sürülə bilər.

"Apple"də iddia edirlər ki, şirkət heç bir qanunu pozmayıb.

"Apple"in maliyyə direktoru Luka Maestri bildirib: "Biz bilirik ki, şirkət qanunu pozmayıb və təhqiqat zamanı heç bir qanunsuz sazişin olmadığının sübut ediləcəyinə inanırıq".

Ötən il Avropa Komissiyası İrlandiya da daxil olmaqla, bir sıra ölkələrdəki çoxmillətli şirkətlərdə tətbiq edilən vergi mexanizmləri barəsində məlumat toplamağa başlayıb. Bu, İrlandiya hökumətinin "Apple" üçün xüsusi rejimi yaratmaqda günahlandırılmasından sonra baş verib. Bu rejim korporasiyaya bütün dünyada çox böyük vergi ödənişlərindən qaçmağa imkan verib. O zaman Aİ-nin ali icra hakimiyyəti orqanı bəzi ölkələrin Maliyyə nazirliklərindən vergitutmaya yanaşmanı izah etməyə və onların qanuni və ya qanunsuz metodlardan istiafdə etmələrini analiz etməkdən ötrü iri vergi ödəyiciləri haqqında məlumat təqdim etməyi tələb etmişdi.

"Apple" iPod və iTunes, Mac noutbukları və stolüstü kompüterləri, OS X əməliyyat sistemləri və iPhone və iPad qurğuları istehsal edən Amerika şirkətidir. O, 603,2 milyard dollarlıq (NASDAQ) kapitallaşma ilə dünyada ən iri korporasiyalardan biridir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.