Dünya

Qalmaqallı modelyer qayıtdı

30 Sentyabr 2014 22:10
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dizayner və modelyer Con Qalyano Belçikadakı "Maison Martin Margiela" moda brendinin kreativ direktoru təyin olunub.

Milli.Az The New York Post-a istinadən bildirir ki, bu anlaşmanın imzalanmasını 2011-ci ildə Qalyanonun antisemitizmdə suçlanması ilə bağlı qalmaqaldan sonra moda dünyasına qayıdışı hesab etmək olar.
 

Modelyer həmin il Parisdə antisemit açıqlamasına görə tutulmuşdu. Az sonra onun 2010-cu ildə Parisdə yəhudiləri təhqir etdiyidə aşkarlanmışdı.

Dizayner antisemitizmdə ittiham olunmuş və cərimələnmişdi.
 

İnsidentdən sonra Qalyano "Dior" brendindən və ona məxsus "John Galliano" modalar evindən kənarlaşdırılmışdı.

O vaxtdan bəri Con Qalyano işsizdi.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.