Dünya

Koreyanın diktatoru əməliyyat olundu

30 Sentyabr 2014 10:26
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreyanın lideri Kim Çen In topuqlarında cərrahiyyə əməliyyatları keçirib və hazırda xəstəxanadadır.


Milli.Az The Chosun Ilbo-ya istinadən bildirir ki, diktator iyun ayında ölkə şəhərlərindən birinə səfər zamanı sağ topuğunu zədələmişdi. Uzun müddət bu travmaya fikir verməyən Kim Çen In sonucda hər iki ayağından axsamağa başlayıb.
 

Hazırda Kim Çen In paytaxt Pxenyandakı dövlət klinikalarından birində müalicə olunur.

Şimali Koreyanın lideri sentyabrın 3-dən bəri gözə dəymir. O, sentyabrın 25-də Şimali Koreya Ali Xalq Məclisinin (ölkə parlamenti) payız sessiyasının açılışına da qatılmayıb.
 

Bir qədər əvvəl ekspertlər hesab edirdilər ki, 31 yaşlı Kim Çen Inın axsaması onun "Emmental" pendirinə tutqusu nəticəsində çox kökəlməsi ilə bağlıdır.
 

YTN bildirir ki, həddən artıq siqaret çəkməsi və qeyri-sağlam qidalanması nəticəsində Kim Çen Inın ürəyində və oynaqlarında problemlər var.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.