Dünya

Kürdlər İŞİD-i üstələyir

30 Sentyabr 2014 23:48
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqın Kərkük və Mosul şəhərlərinin həndəvərlərində kurd "Peşmərgə"lərlə "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçuları arasında gərgin döyüşlər davam edir.
 

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri olan "peşmərgə"lər Kərkük yaxınlığında ən azı 3, Mosul həndəvərində 16 kəndi İŞİD terrorçularından azad ediblər.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, Kərkükün Tavuk bölgəsindəki Vahda, Adşaha və Üzeriyyə kəndlərinə "peşmərgə"lərlə yanaşı, kürdlərin PKK terror təşkilatının yaraqlıları da hücuma keçiblər.
 

Onlar kəndləri İŞİD mənsublarından alıblar.
 

AFP bildirir ki, "peşmərgə"lər şimalda Mosul, cənubda Kərkük, qərbdə isə Rabiə şəhərlərinin yaxınlığında İŞİD-lə döyüşür.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.