Dünya

Ollanddan İŞİD-in öldürdüyü fransızla bağlı AÇIQLAMA - VİDEO

26 Sentyabr 2014 12:04
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, ölkəsinin terrorizmə qarşı vuruşduğu üçün öldürülüb

BMT Baş Assambleyasına toplaşan liderlərin çıxışlarının əsas mövzusu İŞİD təhlükəsi olub.

ANS TV-nin məlumatına görə, anti-İŞİD-in koalisiyasına qoşulan ölkələr arasında Fransa olduğundan İŞİD Əlcəzairdə girov götürdüyü fransalı turisti öldürüb. Turist öldürülmədən öncə Fransa prezidenti Fransua Ollanda müraciət edib. O, müraciətində Ollanda bildirib ki, Fransa İŞİD-in İraqa etdiyi aviazərbələri dayandırmasa, onu öldürəcəklər. Fransa isə İŞİD-in tələblərini qəbul etmədiyindən vətəndaşını itirib. Olland açıqlamasında deyib ki, vətəndaşı ölkəsinin terrorizmə qarşı vuruşduğu üçün öldürülüb və bu qətl Fransanın terrorizmə qarşı qətiyyətini daha da gücləndirəcək.

ABŞ prezidenti Barak Obama Fransa vətəndaşının ölümünə münasibət bildirərək beynəlxalq ictimaiyyəti İŞİD-ə qarşı mübarizədə qətiyyətli olmağa çağırıb.

"Cənab Olland biz sizinləyik, Fransa xalqının tərəfindəyik. Fransa xalqı hadisəyə təkcə kədərini ifadə etmir, eyni zamanda, terrora qarşı dəyanətini göstərir", - deyə Obama bildirib.

Ağ Ev rəhbəri çıxışında deyib ki, İŞİD kimi qüvvələr dünyanın sülh dini olan İslamın mahiyyətini təhrif edirlər. Bu səbəbdən Amerika heç bir zaman İslama qarşı döyüşməyib və döyüşməyəcək də. Barak Obama İŞİD-ə qarşı mübarizə üçün qətnamə qəbul edib. BMT-nin Təhlükəsizlik Şurası da bu qətnaməni qəbul edib. Qətnamədə Suriya və İraqda döyüşmək üçün gələn insanlara viza qadağası, əcnəbi mücahidlərin passportlarının müsadirə olunması və bank hesablarının dondurulması əks olunub. Bununla yanaşı, Qətnamədə BMT-yə üzv ölkələr, silahlı qruplaşmalara qoşulmağa çalışan, onların maliyyələşdirilməsini təmin edən qurumlara qarşı hüquqi müstəvidə tədbirlər görməlidir. ABŞ prezidenti hesab edir ki, qəbul edilən sənəddə nəzərdə tutulan müddəalar gercəkləşsə, İŞİD-ə qalib gəlmək olacaq.

İran prezidenti Həsən Rühani isə Assambleyadakı çıxışında İraq və Suriyadakı qeyri-stabilliyin əsasının Amerikanın 2003-cü ildə İraqı işğal etməsi ilə qoyulduğunu deyib. Ruhani bildirib ki, Amerikanın hücumu olmasaydı, belə qruplaşmalar da yaranmazdı.

İŞİD-ə qarşı mübarizəyə Böyük Britaniya da qoşulub. Birləşmiş Krallığın baş naziri Devid Kemeron İŞİD-ə müdaxiləsinin quru əməliyyatlardan deyil, yalnız aviazərbələrdən ibarət olacağını bəyan edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.