Dünya

Tanınmış yazıçı vəfat etdi

21 Sentyabr 2014 20:50
0 Şərh     Baxış: 1 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İran İslam Respublikasının tanınmış yazıçısı Əhməd Bigdeli ürək çatışmazlığından vəfat edib.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, 1945-ci ildə İranın Əhvaz şəhərində anadan olan Əhməd Bigdeli 1980-ci ildə roman yazmağa başlamışdı. O, "Balinanın səsi, "Alma bağı", "Bir az kölgə", "Evdən kənar bir gecə" adlı məşhur romanların müəllifidir. Ə.Bigdeli əsərlərində ailə-məişət və məhəbbət mövzularına toxunaraq hər bir insanın keçirdiyi hissləri oxucuya anlaşıqlı və sadə xalq dilində çatdıra bilirdi. Onun müəllifi olduğu kitablar bir neçə dəfə İranda ilin kitabı seçilmişdi.

Ə. Bigdeli İranın Nəcəfabad şəhərində dəfn edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.