Dünya

Küçədən tualet kimi istifadə edənlər cərimələnəcəklər

21 Sentyabr 2014 18:21
0 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada yeni qadağalar yarandı

Dünəndən Almaniyada Pivə bayramı (Oktoberfest) və Sevgi paradına (Love parade) start verilib.

Anspress-in məlumatına görə, Almaniya hökuməti bu bayramlarla bağlı qanun qəbul edib. Yeni qanuna görə insanların ictimai yerdə, küçədə təbii ehtiyaclarını ödəmək 100 avroya başa gələ bilər.

Bu cərimə məbləği yalnız Köln və Düsseldorf şəhərləri üçün keçərlidir. Maraqlıdır ki, bu cərimə paytaxt Berlində cəmi 25 avrodur. Səbəbi isə bu iki bayramın paytaxtda o qədər də təntənəli keçirilməməsidir.

Sentyabr 20-dən başlayan bayramlar tam bir ay davam edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.