Dünya

"Putin, bəsdir yalan danışdın, müharibə elədin"

21 Sentyabr 2014 15:53
0 Şərh     Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Moskvada Rusiyanın Ukraynaya təcavüzü əleyhinə Sülh marşı keçirilir.

Əsas şüar belədir: "Putin, bəsdir, yalan danışdın, müharibə elədin".

Moskvada bundan əvvəlki sülh yürüşü martın 15-də - Krımın Rusiyaya birləşdirilməsi referendumu ərəfəsində olmuşdu.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, təşkilatçıların fikrincə, son marşdan bəri Rusiya Ukraynaya münasibətdə daha aqressiv olub, eyni vaxtda Rusiyanın beynəlxalq təcridi artıb, bu da ağır iqtisadi nəticələrə gətirir.

Sülh yürüşü Moskva hakimiyyəti ilə razılaşdırılıb. Moskvada yürüşdə ümumilikdə 50 min adamın iştirak edəcəyi gözlənilir.

Eyni yürüş Sankt-Peterburqda da keçirilir, ancaq Novosibirskdə yerli ictimai fəallar marş keçirilməsini hakimiyyətlə razılaşdıra bilmədi.

Müharibə əleyhinə yürüşlər Yekaterinburqda, Berlində, Vyanada, Parisdə, Kiyevdə, Burqasda və Vaşinqtonda keçiriləcək. Bu aksiyalar 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunub.

2001-ci ildə BMT 21 sentyabrı zorakılıqdan imtina və bütün dünyada atəşin dayandırılması günü elan etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.