Dünya

Türk girovları ABŞ xilas edib? - FOTO

21 Sentyabr 2014 12:44
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə ilə İŞİD arasında əlaqə yaradan ağılsızlar hər halda yeni oyunu gördülər"

"Girovların xilas edilməsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir həmləsidir".

Anspress-in verdiyi məlumata görə, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Qaziantep millət vəkili Şamil Tayyar sosial şəbəkədəki səhifəsində yazıb. Millət vəkili, həmçinin bu vaxt ərzində doğru addımları atmış hökuməti və MİT-i (Milli Kəşfiyyat İdarəsi) təbrik edib.

"Türkiyəyə gətirilən diplomatlarımıza keçmiş olsun arzularımı çatdırıram, hamımızın gözü aydın olsun. İŞİD əməliyyatında türklərin iştirak etməmə səbəblərindən biri girovlardı. Bu kritik prosesdə azadlığa buraxılmaları CİA-nin (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) bir həmləsidir. Türkiyə ilə İŞİD arasında əlaqə yaradan ağılsızlar hər halda yeni oyunu gördülər. İŞİD tələsinə sazan kimi tullanmayıb ABŞ-ı küncə sıxışdıran, diplomatlarımızı xilas edən hökumətimizi və MİT-i təbrik edirəm".

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.