Dünya

Türkiyəyə dünən 66 mindən çox qaçqın keçdi

21 Sentyabr 2014 12:25
0 Şərh     Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumilikdə, Türkiyədə 850 mindən çox suriyalı qaçqın qeydiyyatdadır

Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərindən Türkiyəyə sığınan qaçqınları Şanlıurfa vilayətində məktəblərə yerləşdirilib.

Anspress-in məlumatına görə, ötən gün 66 mindən çox suriyalı sərhəd-buraxılış məntəqəsində qeydə alınıb. Qaçqınların əksəriyyəti, Kobanidə İŞİD zorakılıqlarına məruz qalan insanlar olub.

Qaçqın suriyalılar Türkiyə sərhədlərini keçməyə çalışarkən İŞİD silahlıları tərəfindən təqdib olunduqlarını və başlarına bomba yağdığını, dəhşətli anlar yaşadıqlarını bildiriblər.

Məlumata görə, İŞİD silahlıları hazırda Kobanidə 20 kəndi nəzarət altında saxlayır.

Ümumilikdə, Türkiyədə 850 mindən çox suriyalı qaçqın qeydiyyatdadır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.