Dünya

İŞİD-dən növbəti vəhşilik

21 Sentyabr 2014 10:53
1 Şərh     Baxış: 1 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terror qruplaşma əsir götürdüyü 300 PKK-çını güllələyib

Suriyada İŞİD terrorçuları ilə PKK/PYD (Partiya Yektiya Demokrat - Demokratik Birlik Partiyası) terrorçuları arasında atışmaların davam etdiyi bir vaxtda İŞİD qruplaşması 300 PKK mənsubunu əsir götürüb.

Anspress-in verdiyi məlumata görə, İŞİD qruplaşması əsir götürdüyü PKK terrorçularını Türkiyənin Akçakale rayonu ilə həmsərhəd Suriyanın Tel Əbyəd bölgəsində güllələyib.

Bildirilir ki, İŞİD Kobanini şərqdən, qərbdən və cənubdan mühasirəyə alaraq bölgəni tank və artilleriya ilə intensiv atəşə tutub.

Daha sonra İŞİD qruplaşması Kobaninin kəndlərindən birində yaxalayaraq çılpaq vəziyyətdə sürüdüyü PKK/PYD terrorçularını güllələyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.