Dünya

Naməlum şəxs Ağ Evə necə daxil olub?

21 Sentyabr 2014 10:26
0 Şərh     Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Naməlum şəxsin Ağ Evə daxil olmasından sonra ABŞ-ın gizli xidmət idarəsinin prezidenti qoruya bilmək qabiliyyəti ilə bağlı suallar ortaya çıxıb.

Milli.Az anspress-ə istinadən xəbər verirv ki, insident Prezident Barak Obamanın iki qızı ilə vertolyotla Ağ Evdən Merilenddə Kemp Deyvid prezident iqamətgahına getməsindən sonra baş verib. Naməlum şəxs Ağ Evin hasarını aşıb qaçaraq prezidentin iqamətgahına daxil olub. Gizli xidmət idarəsinin əməkdaşları bundan sonra onu yaxalayıb. Onun üzərində silah olmadığı bildirilir.

Nümayəndələr Palatasında Milli təhlükəsizlik məsələləri ilə məşğul olan komitənin sədri, respublikaçı qanunverici Ceyson Şaffets təhlükəsizliyin pozulmasını qəbuledilməz hal adlandırıb.

Qeyd edək ki, gizli xidmət idarəsi Ağ Evə daxil olan şəxsin Texas ştatının Copperas Kov şəhərinin sakini, 42 yaşlı Omar Qonsales olduğunu bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.