Dünya

ABŞ "İslam Dövləti"nə qarşı koalisiyaya rəhbərlik etməyə hazırdır

21 Sentyabr 2014 09:54
0 Şərh     Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ Prezidenti Barak Obama bəyan edib ki, Amerika "İslam Dövləti" terrorçu qruplaşmasına qarşı mübarizədə koalisiyaya rəhbərlik etməyə hazırdır.

APA-nın məlumatına görə, bu barədə məlumat Ağ Evin saytında dərc edilib.

"Mən amerikalı hərbçiləri İraqa və ya Suriyaya göndərməyəcəm. İmkanlarımızdan tərəfdaşlarımıza dəstək üçün istifadə etsək, bu daha səmərəli olar. Biz aviasiyamızdan istifadə edəcəyik. Biz tərəfdaşlarımıza təlim keçib, onları təchiz edəcəyik. Biz bu mübarizədə maraqlı olan ölkələrin koalisiyasına rəhbərlik edəcəyik. "İslam Dövləti"nə qarşı Amerika yox, zərər çəkmiş ölkələrdən olan insanlar çıxış edir. Bütün dünya "İslam Dövləti"nə qarşıdır", - Obama qeyd edib.

Obama əlavə edib ki, BMT Baş Assambleyasının toplantısında "İslam Dövləti"nə qarşı xüsusi koalisiyanın yaradılmasına dair məsələ qaldırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.