Dünya

Medvedev: "Avropa Rusiyaya qarşı sanksiyalara görə cavab verəcək"

21 Sentyabr 2014 09:45
0 Şərh     Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Avropa Rusiyaya qarşı sanksiyalara görə ölkədəki payı ilə cavab verəcək".

APA-nın "BBC"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev yerli telekanalların birinə müsahibəsində bildirib. Medvedevin sözlərinə görə, sanksiyalar nə vaxtsa bitəcək, lakin Rusiyanın bazarını tərk etmiş avropalı tərəfdaşlar çətin ki buraya bir daha qayıda bilsinlər, çünki onların yerini rusiyalı və ya digər əcnəbi istehsalçılar tutacaq.

Rusiyanın Baş naziri Asiya və Latın Amerikasından Rusiyanın bazarında avropalı tədarükçüləri əvəz etməyə çalışan sahibkarlara təskinlik verərək bildirib ki, Rusiyanın Avropa ilə münasibətlərinin normallaşacağı təqdirdə, onların buradakı mövqelərinə heç bir təhlükə yaranmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.