Dünya

Brüsseldə saxlanılan Türkiyə vətəndaşları Avropa Komissiyasına qarşı terror aktı həyata keçirməyi planlaşdırıblar

21 Sentyabr 2014 09:34
0 Şərh     Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Brüsseldə zərərsizləşdirilmiş ekstremist qrupu Avropa Komissiyasına qarşı terror aktı həyata keçirməyi planlaşdırıb.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Belçika KİV-ləri məlumat yayıb.

Belçika hüquq-mühafizə orqanlarının məlumatına görə, avqustun əvvəlində polis Brüssel beynəlxalq hava limanında Türkiyənin iki vətəndaşını həbs edib. Suriyadan gəlmiş bu şəxslərin (kişi və qadın) terrorçular tərəfində vuruşduğu ehtimal olunur. Onların Brüsseldə qaldıqları mənzildə silah və zirehli jiletlər aşkarlanıb.

Belçika xüsusi xidmət orqanları hesab edir ki, Brüsseldə həbs olunan şəxslər Haaqada fəaliyyət göstərən ekstremistlər tərəfindən Avropa Komissiyasına qarşı planlaşdırılan terror aktını hazırlayıblar. Onların bir-birləri ilə əlaqəli olduqları artıq müəyyənləşdirilib.

Hazırda Belçika və Hollandiya xüsusi xidmət orqanları tərəfindən terrorçu şəbəkənin üzvlərinin aşkarlanaraq həbs olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.