Dünya

Yanğınsöndürən "Buzlu su" aksiyasi nəticəsində öldü

21 Sentyabr 2014 09:00
0 Şərh     Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerikanın Kentuki ştatının yanğınsöndürmə xidmətinin əməkdaşı Toni Qrider Ice Bucket Challenge aksiyasinda iştirakı zamanı cərəyan zərbəsi nəticəsində bədəninin 55%-nı yandırıb. Yanğınsöndürənlər suyu universitet orkestrinin üzvlərinin üzərinə tökməli idilər. Elektrik xətlərinə yaxınlaşan zaman Qrider və onun həmkarı yanğınsöndürən nərdivanının yuxarı pilləsində dayanmışdırlar.

Trend-in "CBS News"-a istinadan verdiyi məlumata görə, hadisə nəticəsində yanğınsöndürmə xidmətinin üç əməkdaşı xəstəxanaya yerləşdirilib, nəticədə onların ikisi evə buraxılıb, 41 yaşlı yanğınsöndürən Toni Qrider (Tony Grider) isə həlak olub. Tələbələrdən xəsarət alan olmayıb.
 

ALS Ice Bucket Challenge aksiyasinin mahiyyəti yan amiotrofik skleroz (YAS) ilə mübarizədir. İştirakçılar ya 24 saat ərzində üzərlərinə soyuq su tökməlidirlər, ya da ALS (YAS ilə mübarizə təşkilatı) üçün ianə etməlidirlər. Son vaxtlar ərzində aksiyaya dünya üzrə bir çox məşhur aktyor, müğənni, idmançı və siyasətçilər qoşulublar. Aksiya zamanı artıq 65 milyon dollardan çox vəsait yığılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.