Dünya

1342 kiloqram həşiş ələ keçirildi

20 Sentyabr 2014 22:48
0 Şərh     Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Saravan şəhərində 1342 kiloqram həşiş müsadirə olunub.

Trend-in İrna agentliyinə istinadan verdiyi məlumata görə, bunu Sistan və Bəluçistan əyalətinin polis rəisi briqada generalı Hüseyn Rəhimi şənbə günü bildirib.

Onun sözlərinə görə, narkotik ilə mübarizə dəstəsi əməliyyatı silahlı qaçaqçılar tərəfindən "Toyota" markalı avtomobilində narkotik daşınması haqqında məlumətı aldıqdan sonra həyata keçiriblər.
 

Rəhimi qeyd edib ki, saxlanılmış avtomobildə 786,980 kiloqram opium aşkar olunub.
 

Həmçinin polis rəisi bildirib ki, Saravanda keçirilən başqa bir uğurlu əməliyyat nəticəsində 555,200 kiloqram həşiş aşkar olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.