Dünya

Ermənistanda hərbçilərin maşını dərəyə düşdü, ölü və yaralılar var

20 Sentyabr 2014 20:46
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 19-da saat 17 radələrində Ermənistanın Tavuş vilayətinin Artsvaberd kəndi ərazisində hərbçiləri daşıyan Ermənistan Müdafiə Nazirliyinə məxsus "QAZ-66" markalı maşın yoldan çıxaraq dərəyə yuvarlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, avtomobili idarə edən kapitan Pavlik Manukyan baş nahiyəsindən aldığı ağır xəsarət nəticəsində hadisə yerində ölüb.

Qeyd edək ki, hadisə nəticəsində maşında olan 2 zabit, 4 çavuş və 6 sıravi əsgər müxtəlif xəsarətlərlə Berd şəhər hospitalına yerləşdirilib.

İnsidentlə əlaqədar Ermənistan İstintaq Komitəsində araşdırma aparılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.