Dünya

BMT-nin 5 sülhməramlısı öldürüldü

19 Sentyabr 2014 20:34
0 Şərh     Baxış: 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Malidə BMT sülhməramlarına qarşı terror hücumu edilib

BMT-nin 5 sülhməramlısı Malidə terrror hücumu nəticəsində həlak olub.

Anspress-in məlumatına görə, yola yerləşdirilmiş bombanın işə salınması nəticəsində BMT-nin bir neçə əməkdaşı da yaralanıb.

Partlayış Kidal şəhəri yaxınlığında baş verib.

Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.

Bir qədər əvvəl BMT-nin 4 sülhməramlısı bomba partlayışı nəticəsində öldürülmüşdü.

Qeyd edək ki, Malidə 2012-ci ildə hərbi çevrilişdən sonra stabillik və sülh baxımından problemlər yaşanır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.