Dünya

2100-cü ildə 11 milyard olacağıq

20 Sentyabr 2014 19:16
0 Şərh     Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Vaşinqton Universitetinin alimləri bəyan ediblər ki, planet əhalisinin sayının artımı 2015-ci ildən sonra stabilləşməyərək XXI əsrin sonunadək davam edəcək. 2100-cü ildə Yer kürəsi əhalisinin sayının 11 milyard nəfər təşkil edəcəyi gözlənilir. Bu, əvvəllər hesab edildiyindən 2 milyard çoxdur. Hesabat Science jurnalının sonuncu nömrəsində verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqatçılar BMT tərəfindən iyulda təqdim olunan son statistik məlumatları təhlil ediblər. 80 faizlik ehtimalla Yer kürəsinin əhalisi əsrin sonunadək 7,2 milyarddan 9,6-12,3 milyardadək artacaq. 1990-cı ildən demoqraflar arasında 9 milyardlıq göstəriciyə nail olunacağı təqdirdə planet sakinlərinin sayının stabilləşməsi və ya azalması ilə bağlı fikir geniş yayılıb.

Daha çox artım Afrikada gözlənilir. Bu qitənin sakinləri dörd dəfə - 1 milyarddan 4 milyardadək artacaq. Məsələ ondadır ki, demoqrafların proqnozlarının əksinə olaraq qitədə doğuş səviyyəsi azalmır. Bundan əlavə, Afrika ailələrinin çoxuşaqlı (hər ailədə orta hesabla 4-6 uşaq) olmasının səbəblərindən biri hamiləliyin qarşısını alan dərmanların çatışmazlığı ilə əlaqədardır. Digər səbəb Afrikada QİÇS-dən ölüm hallarının azalmasındadır.

Digər qitələrdə vəziyyətin stabil olacağı proqnozlaşdırılır. Asiyada artımın hazırkı 4,4 milyarda nisbətdə ən yüksək həddi 2050-ci ildə olacaq (5 milyard nəfər), daha sonra əhalinin sayı azalmağa başlayacaq. Şimali Amerika, Avropa, Cənubi Amerika əhalisinin sayının qitələr üzrə 1 milyarddan az olacağı ehtimal edilir.

Əvvəlki proqnozlar konkret ssenarilərə əsaslanıb və bu səbəbdən orada qeyri-müəyyənlik olmayıb. Bizim apardığımız tədqiqat statistik baxımdan daha əsaslıdır və biz praktiki tədbirlərin hazırlanması üçün faydalı olacaq inandırıcı interval təqdim edirik, - BMT demoqrafı Patrik Qerland qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.