Dünya

ABŞ-da Ukrayna zəfəri - FOTO

19 Sentyabr 2014 13:28
0 Şərh     Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da Ukrayna zəfəri

Sentyabrın 18-də ABŞ-a səfər edən Ukrayna Prezidenti Pyotr Poroşenko Konqresin sessiyasında çıxış edib.

"Media forum" saytının məlumatına görə, o, Konqresi Ukraynaya NATO üzvü olmadan tərəfdaş statusu verilməsini xahiş edib. Ukrayna ordusu üçün silah-sursat verilməsini, bu ölkəyə yatırımlar üçün xüsusi investisiya fondu yaradılmasını istəyən prezident, həmçinin Rusiyaya sanksiyaları davam etdirməyə çağırıb.

Ukrayna Prezidenti həmin gün amerikalı həmkarı Barak Obama və vitse-prezident Co Baydenlə görüşüb. Sentyabrın 19-da Ukrayna Prezidentinin Feysbuk səhifəsində yayılan məlumata görə, Barak Obama Ukraynaya 1 milyard dollar ayrılacağına söz verib və qeyd edib ki, bu ölkəyə təhlükəsizlik məsələlərində yardım artırılacaq.

Pyotr Poroşenkonun səfəri zamanı Senatın xarici əlaqələr komitəsi Ukrayna, Moldova və Gürcüstana ABŞ-ın NATO üzvü olmayan əsas müttəfiqləri statusu verən qanun layihəsini qəbul edib. Layihə həmçinin Ukraynaya 350 milyon dollar ayrılmasını və silahlar verilməsini nəzərdə tutur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.