Dünya

Müxalifət lideri canlı yayımda ağladı

19 Sentyabr 2014 12:21
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CHP liderini uşaqlıq fotoları kövrəldib

Türkiyənin müxalifət liderlərindən olan Kamal Kılıçdaroğlu canlı efirdə göz yaşı töküb.

Anspress-in məlumatına görə, Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri olan Kılıçdaroğlunu kövrəldən gənclik və uşaqlıq fotoları olub.

Siyasətçi "Fox TV"də yayımlanan verilişlərdən birinin qonağı olub. Proqramda onun uşaqlıq və gənclik illərindəki fotolarından ibarət kiçik klip hazırlanıb. Klipi görən CHP lideri göz yaşlarını saxlaya bilməyib.

"Biz 7 uşaqlı ailə idik. Atam məmur idi. Universiteti bitirən, sadəcə, mən olmuşam. Bacım oxuma-yazma bilmir. Ətrafımızdakıların çoxu belə idi. Ayaqqablarım belə böyüyəndə geyinim deyə böyük idi. Atatürkün gətirdiyi cumhuriyyət. Nə qədər dəyərli olduğunu anlamaq gərəkir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.