Dünya

Fransa da İŞİD-i vuracaq

19 Sentyabr 2014 12:18
0 Şərh     Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa qırıcıları İraq səması üzərində uçuş həyata keçirəcək

İŞİD terrorçu qruplaşmasına qarşı mübarizəyə Fransa da qoşulub. Ölkə Prezidenti Fransua Olland qruplaşmanın mövqelərinə aviazərbərlər endirmək üçün Fransa qırıcılarından istifadə ediləcəyini bildirib.

Anspress-in məlumatına görə, Olland qeyd edib ki, Fransa hökuməti İraq hökumətinin müraciəti əsasında, belə bir addım atmağa qərar verib. Olland Fransanın İraqa quru qoşunları yeridəcəyi ehtimalını isə təkzib edib.

"Əsas hədəfimiz İraqda terrorçu qruplaşmaları zərərsizləşdirərək bu ölkədə sülh və təhlükəsizliyi təmin etmək olacaq. İŞİD təkcə İraq üçün deyil, eyni zamanda Avropa və bütün dünya üçün təhlükə mənbəyidir. Silahlıların mövqeləri müəyyən edilər-edilməz onların mövqelərinə aviazərbələr endiriləcək" - deyə Oland qeyd edib.

İŞİD terrorçuları Suriyanın Türkiyə ilə sərhəd bölgələrində üstünlüyü ələ alıb. Məlumata görə, son 1 sutka ərzində qruplaşma üzvləri 21 kəndi ələ keçiriblər.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu İŞİD-in törətdiyi zorakılıqlardan qaçan insanlara dinindən, irqindən və milliyətindən asılı olmayaraq yardım edəcəklərini bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.