Dünya

Ukrayna prezidentinin oğlu könüllü olaraq orduya yazıldı

19 Sentyabr 2014 12:09
0 Şərh     Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Petro Poroşenkonun oğlu könüllü olaraq orduya yazılıb və hazırda cəbhə bölgəsindədir

APA-nın "censor.net" saytına istinadən verdiyi məlumata görə, P.Poroşenko bunu CNN-ə müsahibəsində deyib.

P. Poroşenko bildirib ki, ukraynalılar təhlükəyə qarşı durmağa və döyüşməyə hazırdır: "Bu, adi bir söz deyil. Mənim oğlum oradadır. Könüllü gedib. O, London İqtisad Məktəbini, Oksfordu, İNSEAD-ı (Fransız Biznes Məktəbi) bitirib. İndi artilleriya bölməsindədir. Son üç gündə onun tağımında 3 döyüşçü həlak olub".

P. Poroşenko bir vətəndaş və bir ata kimi sülhün nə qədər vacib olduğunu anladığını da vurğulayıb.

Qeyd edək ki, P. Poroşenkonun iki oğlu var - böyük oğlu Aleksey 1985-ci il, kiçik oğlu Mixail isə 2001-ci il təvəllüdlüdür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.