Dünya

Meksika növbəti təhlükə qarşısında

19 Sentyabr 2014 10:01
0 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gündən başlayaraq ölkənin cənub-qərb ərazisində şiddətli küləklər əsməyə başılayıb

Meksika Odile qasırğasından yaxa qurtarmamış bu dəfə Polo qasırğası ilə üzləşib.

Anspress-in məlumatına görə, ötən gündən başlayaraq ölkənin cənub-qərb ərazisində şiddətli küləklər əsməyə başılayıb. Meteoroloqlar külək sürətinin saatda 120 kilometrə çatdığını bildiriblər. Qasırğa, əsasən, Qerrero ştatı sahillərində təsirli olub. Sahildə dalğanın hündürlüyü 3 metrə qədər çatıb. Bir nəfərin dənizdə batdığı qeyd olunur.

Məlumata görə, qasırğa hazırda saatda 13 kilometr sürətlə ölkənin şimal-qərb istiqamətində irəliləyir. Vəziyyətlə əlaqədar təhlükəli bölgələrdən 5 minə yaxın turist təxliyə olunub.

Fransanın cənub hissəsində isə aramsız yağan yağışlar daşqınlara səbəb olub. Lasal rayonunda qəfildən gələn sel 5 nəfərin ölümü ilə nəticələnib. Sel qarşısına çıxan hər şeyi yuyub aparıb.

Serbiyada da oxşar vəziyyət yaşanıb. Sel sularının səbəb olduğu dramatik görüntülər həvəskar kameralarda əks olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.