Dünya

Dünyanın ən romantik skeletləri - FOTO

19 Sentyabr 2014 12:47
1 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölüm bizi ayıranadək

Böyük Britaniyada Lester Universitetinin arxeoloqları 700 il bundan öncə bir yerdə basdırılan cütlüyü tapanda çox təsirləniblər.

Anspress-in məlumatına görə, arxeoloqlar biri-birindən doymayan cütlüyün skeletlərini aşkarlayanda onların ölərkən əl-ələ tutduqlarını və bunun da onların sevgisinin təcəssümü olduğunu düşünürlər.

Arxeoloqlar bildirir ki, bu bölgədə onlar ilk dəfə deyil ki, iki insanın bir yerdə basdırıldığına şahid olurlar. Lakin belə əl-ələ sevgi cütlüyünü ilk dəfədir görürlər. Burada yatan qadın və kişi 700 il bundan əvvəl həyatlarını itiriblər və 14-cü əsrin insanlarıdırlar.

Skeletlər İngiltərənin Hallaton mahalının Morrel adlanan bölgəsində aşkarlanıb. Bura Fransa Yepiskopunun şərəfinə adlandırılıb və 2 min ilə yaxındır ki, ibadətgah kimi fəaliyyət göstərir. İbadətgahın niyə belə status aldığı tam məlum deyil, lakin inanclı insanlar bu günə kimi şəfa tapmaq niyyəti ilə ibadətgaha müraciət edir.

İbadətgahın nə dərəcədə məhz bu cütlüyə xeyri dəydiyi bilinməsə də, onların bu cür son yuxuya getmələrinə görə dünyanın ən sevən skeletləri adlandırmaq olar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.