Dünya

Referendum: şotlandlar Britaniyada qaldılar - YENİLƏNİB - FOTO

19 Sentyabr 2014 14:16
1 Şərh     Baxış: 2 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:16

Şotlandiyanın müstəqilliyi haqqında referendum üzrə səslərin hesablanması başa çatıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Regionun 32 vilayətinin hamısında səslərin hesablanmasının nəticələrinə görə, şotlandların 55,3 faizi Birləşmiş Krallığın tərkibində qalmağa üstünlük verib. Müstəqilliyin lehinə seçicilərin 44,7 faizi səs verib. Referendumda iştirak göstəricisi 84,6 faiz olub.

Müstəqilliyin tərəfdarları yalnız Qlazqo, Dandi, Qərbi Dambartonşir və Şimali Lanarkşirdə qalib gəliblər.
 

Hələ referendumun son yekunları dərc olunmamış Baş nazir Aleks Selmond Şotlandiyanın Böyük Britaniyadan ayrılmasının əleyhdarlarının qalib gəldiklərini etiraf edib. Britaniyanın Baş naziri Devid Kemeron, öz növbəsində, şotlandların müstəqillik elan etməmək qərarını alqışlayıb.


----------
09:18

Şotlandiyada keçirilmiş referendumun ilkin nəticələri bəlli olub. Səsverməyə qatılanların 44 faizi Şotlandiyanın müstəqilliyinin lehinə, 56 faizi isə əleyhinə səs verib.
 

Milli.Az Reuters-ə istinadən bildirir ki, dünən Şotlandiyada müstəqilliklə bağlı keçirilmiş referendumda seçicilərə, sadəcə, bir sual verilmişdi: "Şotlandiyanın müstəqil ölkə olması ilə razısınızmı?"
 

Səsvermə yerli vaxtla 7.00-dan 21.00-dak davam edib.
 

Referenduma 4285323 nəfər qatılıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.