Dünya

İŞİD əsir jurnalisti göstərdi

18 Sentyabr 2014 22:40
0 Şərh     Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İnternetdə "İslam Dövləti" qruplaşması tərəfindən girov götürülən növbəti britaniyalı jurnalistin video görüntüləri yayılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, girovluqda saxlanılan şəxsin terrorçuların edamla hədələdikləri Alan Henninqin olmadığı bildirilir.

Əynində narıncı rəngli paltar olan britaniyalı girov götürüldüyünü və hər an edam edilə biləcəyini bildirib.

O, ABŞ və Britaniyanın nə üçün yeni müharibəyə qoşulduğunu soruşur. O, həmçinin bu video görüntünün silsilə "proqramlardan" biri olduğunu bildirərək, bu müraciətlərdə "İslam Dövləti"nin fəlsəfəsindən danışacağını qeyd edib.

"RİA Novosti" video çarxda əks olunan şəxsin jurnalist Con Kentli olduğunu bildirir. Kentli video görüntüdə terrorçular tərəfindən 2012-ci ildə girov götürüldüyünü bildirib.

KİV-lərdə Con Kentlinin avqustda terrorçular tərəfindən edam olunmuş Ceyms Fouli ilə birlikdə Liviyada çalışdığı bildirilir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.