Dünya

Peyvənd 100 uşağı öldürdü

18 Sentyabr 2014 13:14
0 Şərh     Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Suriyanın şimal-qərbindəki İdlib vilayətində peyvəndləmə kampaniyası zamanı uşaqlara vurulan iynələr 100 azyaşlının ölümünə səbəb olub.

Peyvəndləmə aksiyasını BMT keçirir.
 

Milli.Az Al Jazera-ya istinadən bildirir ki, bunu BMT-nin Suriyadakı daimi nümayəndəsi Bəşər Cəfəri deyib.
 

"Uşaqların ölümünün səbəbi keyfiyyətsiz, zay peyvənddir. Bu peyvənd Türkiyədə istehsal olunub. Ümumdünya Səhiyyə Təşkilatına müraciət edərək faciənin araşdırılmasını istəmişik. Uşaqların ölümlərinə görə məsuliyyəti BMT-nin baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos daşıyır. Məhz o, İdlibdə terrorçularla əlaqə qurulmasında təkid edirdi", - B.Cəfəri söyləyib.
 

Uşaqlara peyvənd vurulması aksiyası 3 gün əvvəl başlanmışdı və onu Suriyadakı Müxalifət və İnqilabi Qüvvələrin Milli Koalisiyası keçirirdi.

Aksiyaya Türkiyə və Ümumdünya Səhiyyə Təşkilatı dəstək verirdi.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.