Dünya

Merdə xərçəng tapıldı

18 Sentyabr 2014 13:02
0 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kanadanın Toronto şəhərinin meri Rob Fordda xərçəng xəstəliyinin nadir forması tapılıb.

Milli.Az Associated Press-ə istinadən bildirir ki, bunu merin həkimi Zeyn Koen deyib.
 

"Cənab Fordun qarın boşluğunda bədxassəli sarkoma aşkarlanıb. Şiş sürətlə yayılır. Sol baldırda da kiçik düyün tapılıb", - Z.Koen bildirib.

Torontonun meri ötən həftə qarnında kəskin ağrılardan şikayətlənəndən sonra hospitala aparılmışdı. O, iki günlük kimya terapiyası kursuna məruz qalıb.
 

Müalicənin perspektivi pis deyil, amma cərrahiyyə əməliyyatına ehtiyac da yarana bilər.
 

Rob Ford Toronto şəhərinin meri postuna 2010-cu ildə seçilib.
 

O, "krek" adlı narkotik maddə çəkdiyini etiraf edib. Meriyanın əməkdaşlarının dediklərinə görə, R.Ford iş yerinə fahişələr gətirir, sərxoş vəziyyətdə maşın sürür, avtomobil dayanacağında pəşov edir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.